Vaxt.Az

Barmaq izlərini oxuyan yerində saymır


 

Dünyanın ən böyük sensor istehsalçısı barmaq izləri skaneri ilə maraqlanır

Barmaq izlərini oxuyan yerində saymır Biometrik sensorlar istehlak elektronikasında yeni tendensiyaya çevrilir. Barmaq izləri skaneri ilk öncə iPhone 5S smartfonunda, daha sonra 2014-cü ildə Android platforması ilə işləyən smartfonlarda Touch ID olacağına söz verilib.
Milli.Az ICTnews-a istinadən bildirir ki, ən böyük sensor istehsalçılarından biri – Synaptics şirkəti, həmçinin yerində saymır. Şirkət daktiloskopiya seqmentində sensor və texnologiyaların hazırlanması sahəsində ixtisaslaşmış Validity startapını satın alıb. Sazişin qiyməti 92,5 milyon dollar təşkil edir.
Synaptics şirkəti bu startapı satın almaqla bir güllə ilə iki dovşanı eyni anda vurub. Birincisi, şirkət artıq malik olduğu texnologiyaları öz sensor panellərinə quraşdıra bilər, ikincisi, o, populyarlaşmaqda olan barmaq izləri bazarına daxil olub.
Synaptics şirkətinin məhsulları fərdi kompüter, noutbuk, periferiya, mobil telefon, mp3 pleyerlər və başqa qurğularda tətbiq edilir.
 





12.10.2013    çap et  çap et