Soyuq müharibədən sonrakı dövrdə baş verənlərin heç biri ABŞ və Rusiyanı Suriyadakı qədər çəpləşməyə məcbur etməyib. Suriya iki tərəfin armrestlinqinə çevrilib: bir yandan ABŞ, AB və İsrail, o biri yandan Rusiya və onu dəstəkləyən ölkələr. Amerikanın Suriya və Şimali Afrikada «Böyük Yaxın Şərq» və ərəb baharı layihəsi çərçivəsində Yaxın Şərqin rekonstruksiyası strategiyası Rusiyanın timsalında maneə ilə üzləşib. Rusiya Krımı birləşdirib Qara dənizdəki varlığını daimiləşdirib. O bilir ki, Aralıq dənizindəki iştirakının gücləndirilməsinə yol Suriyadan keçir.
Rusiya üçün Aralıq dənizi və Suriyada olmaq Əsəd rejimi ilə bir yerdə olmaq deməkdir.
Qlobal armrestlinq!
ABŞ və Rusiyanın simasında dünya dövlətləri bölgədə bir-birilə mübarizə aparır. Tərəflərin heç biri bu armrestlinqdə yerli güclərdən istifadə etdiklərindən, özləri itki vermir. Nəticədə islam şəhərləri dağılır, müsəlmanlar həlak olur, islam sivilizasiyası talan olur.
İran əvvəllər Dəməşq yaxınlığında müxalifətin nəzarətində və Hizbullahın mühasirəsindəki Mədayə və Zəbədani rayonlarına yardımın çatdırılması əvəzinə eyni həcmdə yardımın Fua və Kəfray rayonlarına da daxil olmasını tələb edirdi. İran bölgədə baş verən hadisələri şiə və sünnilərin münaqişəsi təməlində şərh edir.
İraq hökuməti məmurları PKK-ya qarşı durmaq əvəzinə ABŞ-ın Bağdad səfirliyi və Amerika hərbi müşavirlərinin vasitəçiliyi ilə PKK-nın rəhbərliyi altındakı Şəngal Özünümüdafiə dəstələrinə (YBŞ) loqistik və hərbi yardım göstərir. Xəbər verilir ki, İraq hökumətinin son 14 ayda YBŞ-ə tədarük etdiyi silahın dəyəri 38 milyon dolları keçir.
Aydındır ki, ABŞ-ın Türkiyəyə münasibətdə daha ciddi planları var. Elan edildiyi kimi, ABŞ PKK-nın Suriya qanadı «Demokratik Birlik» partiyasına (PYD) səmadan ağır və effektli silahlar ötürüb. Qeyd olunur ki, ABŞ-ın verdiyi silahlar arasında «Stinger» raketləri və zirehli maşınlara qarşı istifadə oluna biləcək raketlər var.
Həmçinin bu haqda danışılır ki, ABŞ Xalq özünümüdafiə dəstələrinə (YPG) söykənməklə Suriyada təhlükəsiz zona yaratmağı planlaşdırır. Hadisələrin bu cür inkişafı Türkiyəni böyük təhlükəyə məruz qoyur. (Strateq.az)