Vaxt.Az

Trampdan daha bir önəmli təyinat


 

«Vaşinqtonda 8 il sonra büdcə və maliyyə balansının bərpa olunacaq»

Trampdan daha bir önəmli təyinat ABŞ-ın yeni prezidenti Donald Tramp Cənubi Karolina ştatından olan respublikaçı-konqresmen Mika Malveyni İnzibati-Büdcə İdarəsinin rəhbəri vəzifəsinə təyin edib.

«Qafqazinfo»nun verdiyi məlumata görə, yeni prezident Mika Malveynin rəhbərliyi ilə öz administrasiyasının ABŞ-ın büdcəsi ilə bağlı daha düzgün qərarlar verəcəyini bildirib.

Malveyni isə öz potensial təyinatını «şərəf» adlandıraraq Vaşinqtonda 8 il sonra büdcə və maliyyə balansının bərpa olunacağını söyləyib.

 





18.12.2016    çap et  çap et