Xəbər verdiyimiz kimi, şənbə günü axşam Moskvanın «Şeremetyevo» hava limanında iki A-321 tipli sərnişin təyyarəsinin qanadları toqquşub. Virtualaz.org «RenTV» telekanalına istinadən bildirir ki, mütəxəssislərin gəldiyi qənaətə görə, toqquşma nəticəsində hava gəmilərinə təxminən 1 milyon dollarlıq zərər dəyib.***
22:34
Bu gün axşam saatlarında Moskvanın «Şeremetyevo» hava limanında iki təyyarə toqquşub.
Virtualaz.org «RenTV» telekanalına istinadən xəbər verir ki, hər iki təyyarə «Airbus-321» modelli olub. Onların qanadları bir-birinə toxunub.
Mənbə bildirir ki, Moskva vaxtı ilə 20:50-də (Bakı vaxtı ilə 21:50) Vladivostoka uçmalı olan təyyarə yanacaq doldurduğu vaxt qoşqu ilə aparılan digər hava gəmisi ilə toqquşub.
Hadisənin təfərrüatları araşdırılır.
çap et