Vaxt.Az
Audi dədə-baba üsuluna qayıdır
TTS Competition versiyası məhdud sayda buraxılacaq
Audi 500 000-ci TT satışını məhdud sayda xüsusi TTS Competition versiyasının buraxılışıyla bayram etməyə qərara alıb. Milli.Az 4charx.com-a istinadən bildirir ki, boz Nimbus (kupe) və sarı Imola (rodster) rənglərində buraxılacaq model TT RS -dən arxa spoyler və 19 düymlük yüngül lehimli disklərə malikdir.
Bundan başqa, hər avtomobil onun fərdi nömrəsi həkk edilmiş lövhəciklə, sarı beysbol tikişli boz dəri oturacaqlar, həmçinin GPS naviqasiya və Bose audiosistemiylə təchiz ediləcək.
TTS Competition standart model kimi, 2.0-litrlik 4-silindrli TFSI mühərriklə hərəkətə gətiriləcək (272 a.g. və 350 Nm). S Tronic opsional transmissiya ilə cütlükdə işləyərək bu mühərrik kupeyə 5.3 saniyə ərzində 100 km/saata qədər sürətini artırmağa və 250 km/saat maksimal surətlə hərəkət etməyə imkan verəcək.
Şirkət bu modeldən cəmi 500 vahid buraxmağı planlaşdırır, həm də yalnız onlardan 120 ədədi Böyük Britaniyada (£ 38.860 kupe üçün və £ 42.320 rodster üçün qiymətlərlə) satılacaq.
16.10.2013 çap et