V.Maisaya virtualaz.org-a açıqlamasında bildirib ki, yeni sülh təşəbbüsü özü ilə bütün Qafqaz regionuna razılıq və sabitlik nailiyyətinin potensialını gətirə bilər.
«Ermənistan və Azərbaycan arasında sülh üçün Platforma» «aşağıdan-yuxarı» sxemi üzrə sülh təşəbbüslərinin inkişafı üçün əla və müvəffəqiyyətli nümunə, regionumuzda duşmənçilik edən tərəflər arasında sülh içində yaşamanın artıq yuvarlaqlaşdılmış və başqaları tərəfindən dəstəklənən örnəyi olacaq», - deyə politoloq əminliyini bildirib.
O hesab edir ki, xalq diplomatiyası çərçivəsində belə ciddi forumun və institutun yaradılması, hansı ki, getdikcə daha artıq siyasi çəki yığır, bütün Qafqaz region dövlətləri arasında etibarın bərpası və möhkəmlənməsinin əsas komponenti və aləti ola bilər.
V.Maisaya ümid edir ki, Platforma gələcəkdə, vaxtilə Cənubi Qafqaz dövlətləri liderlərinin səsləndirdikləri sülh təşəbbüslərinin reallaşdırması üçün də meydança olacaq.
Bu barədə danışarkən o, Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadzenin "Qafqaza sülh təşəbbüsü"nü və 2001-ci ildə Rusiyanın irəli sürdüyü "Qafqaz dördlüyü» təklifini xatırladıb.
"İndiyə qədər dövlət təşəbbüsləri "yuxarıdan-aşağı" prinsipinə əsaslanırdı və bir sıra geosiyasi səbəblərdən reallaşma səviyyəsinə çatmırdı. İndi isə artıq qeyri-hökumət sektoru tərəfindən irəli sürülən sülh təşəbbüslərinin inkişaf etdirilməsi mərhələsi yetişib və Qafqaz ictimaiyyəti qarşılıqlı anlaşmaya və dözümə söykənən Vahid Qafqaz cəmiyyətinin yaradılması, həmçinin XX əsrin başlanğıcında Qafqazda məşhur olmuş məlum inteqrasiya tendensiyalarının dirçəldilməsi təşəbbüsünü öz əlinə almalıdır», - deyə ekspert qeyd edib.
Maisaya «Ermənistan və Azərbaycan arasında sülh üçün Platforma»nı gələcəkdə həm də daha geniş sülh meydançasına transformasiya etməyi təklif edir.
Onun fikrincə, bu, qarşılıqlı etimad səviyyəsini yüksəldəcək və yalnız Qarabağ münaqişəsi üzrə Ermənistan və Azərbaycan arasındakı gərginliyin azalmasına kömək etməyəcək, həm də Abxaziyada və Cənubi Osetiyadakı vəziyyətlə bağlı Rusiya və Gürcüstan arasında dialoqun inkişafına imkan yaradacaq: «Düşünürəm ki, «Qafqaz ictimai parlamenti» bazası əsasında belə görüşləri birinci Tiflisdə, sonra isə artıq Bakıda və Yerevanda keçirmək olar».
Qeyd edək ki, «Ermənistan və Azərbaycan arasında sülh üçün Platforma»nı təsis etmiş erməni və Azərbaycan hüquq müdafiəçiləri onu vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət təşkilatları, dini qurumların nümayəndələri, ekspertlər, Ermənistanın və Azərbaycanın alim və sadə vətəndaşları, həmçinin sülhün əldə olunması işinə öz töhfəsini verməyi arzulayan başqa ölkələrin vətəndaşları üçün açıq elan ediblər.