Vaxt.Az 
Pagani Huayra özündən baha kuzovu...
		
... tamamilə karbondan hazırlanıb
 
 Pagani Huayra superkar üçün seçim kimi təklif edilən tamamilə karbon kuzov tam ötürməli Porsche 911 Carrera 4 modifikasiyasından daha baha qiymətə olacaq. Bu haqda The Supercar Kids nəşri Huayra üçün seçimlərin qiymətləri olan cədvəli dərc etdikdən sonra məlum olub.
		
Milli.Az 4cahrx.com-a istinadən bildirir ki, tamamilə karbondan hazırlanmış kuzovu Pagani müştəriləri 112 min 500 avroya sifariş edə bilərlər. Müqayisə üçün 350 at gücü olan Porsche 911 Carrera 4 kupesini Avropada 100 mindən az avro qiymətə almaq mümkündür.
Bundan başqa italiya şirkəti əlavə ödənişlə bir sıra seçimlər də təklif edir.
Pagani Huayra satışları 2012-ci ilin oktyabrında Avropada başlanıb. Kupenin baza dəyəri 1 milyon 50 min avro təşkil edir. İstehsalçı iddia edir ki, superkara 2015-ci ilə qədər növbə yaranıb. Üç il ərzində italiyalılar 85 maşın buraxmağı planlaşdırır.
	
17.10.2013     çap et
  çap et