Strateq.az bildirir ki, bu sözləri Rusiyanın tanınmış siyasətçisi, «YABLOKO» partiyasının lideri Qriqori Yavlinski Ankarada Rusiya səfirinin öldürülməsini şərh edərkən bildirib.
Yavlinskinin sözlərinə görə, Rusiya özünə qarşı təkcə Əsəd əleyhdarlarını yox, bütün sünni dünyasını qaldırıb: «Bura həm Türkiyə, həm də Rusiya müsəlmanları aiddir. Bizim girdiyimiz Suriya müharibəsində Rusiya heç bir şeyə nəzarət etmir. Böyük iqtisadi itkilərin, həmçinin ciddi potensial təhlükələrin hesabına Rusiya Hələbdə Əsədin nəzarətini təmin etdi. Hələlik bu qələbə sayılır. Amma bir neçə ay əvvəl Palmiranın azad edilməsini də «qələbə» elan etmişdilər».
Onun fikrincə, dünya ictimaiyyəti və sünni əksəriyyətin fikrincə, Suriyada dinc əhalinin ölümünə görə ruslar məsuliyyət daşıyır.