Vaxt.Az

«Sonsuzluğa qədər düşmənlik mümkün deyil»


 

Daha bir erm'ni Bakı deklarasiyasını dəstəklədi

«Sonsuzluğa qədər düşmənlik mümkün deyil» «Ermənilərlə azərbaycanlıların sülh şəraitində birgə yaşayışını nəinki mümkün, hətta zəruri hesab edirəm», - bunu virtualaz.org-a «Novosti-Qruziya» informasiya agentliyinin müxbiri. Milliyyətcə erməni olan Artyom Avakimov «Ermənistanla Azərbaycan arasında sülh üçün platforma»nı şərh edərkən bildirib.

Jurnalist əmin olduğunu deyib ki, erməni və azərbaycanlı xalqlarının yaxınlaşmasına xidmət edən istənilən təşəbbüs yalnız alqışlanmalıdır.

«Sonsuzluğa qədər düşmənlik etmək mümkün deyil. Bu problem nə qədər tez həll olunsa, bir o qədər yaxşıdır», - A.Avakimov şübhə etmir.

Xatırladaq ki. 2016-cı ilin noyabr ayında Azərbaycandan və Ermənistandan olan hüquq müdafiəçiləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş təşəbbüs olaraq «Ermənistanla Azərbaycan arasında sülh üçün platforma» yaradıblar. Bu Platforma münaqişənin tezliklə həllinə xidmət etməyə çalışan hər bir şəxs və təşkilat üçün açıq elan edilib.

 





21.12.2016    çap et  çap et