Məsumə Əmani və Fərdin Muradpur öncədən sosial mediada məhkəmə qarşısında toplaşacaqlarına dair məlumat yayıb.
Muradpur ailəsi deyir ki, «Murtaza Muradpur İran İslam Respublikasının öz qanunlarının icrasının tələbi ilə aclıq aksiyası keçirir və başqa bir tələbi yoxdur. O, İran cəza qanunlarının 134-cü maddəsinin tətbiq olunmasını istəyir».
Bu gün dekabrın 15-də keçirilən piketdə Məsumə Əmani və Fərdin Muradpur məhkəmə məsulları ilə mübahisə etdiblər.
Xanım Əmani «yerinə oturmayacağını və axırınadək gedəcəyini» söyləyib.
Bu günlərdə Murtaza Muradpurdan əlavə iranlı siyasi fəal Arəş Sadıqi də aclıq aksiyasının 8-ci həftəsinə daxil olub.
Türk fəallar və Arəş Sadıqiyə dəstək verən siyasi fəallar iki məhbusa dəstək məqsədi ilə sosial mediada birgə onlayn kampaniyalar təşkil edirlər.