D.Rodionov İnnovasiya İnkişafı İnstitutunun ekspert məsləhəti Şurasının üzvüdür. Geosiyasi Tədqiqatlar Mərkəzinin rəhbəridir.
«Bu Moskva ilə Ankaranın Vaşinqtonu kənarda qoymaqla Suriyada təsir dairəsinin müəyyənləşdirilməsi ilə bağlı əldə edilən razılığın pozulmasına yönəlmiş qərb kəşfiyyat orqanlarının xüsusi əməliyyatı ola bilər.
Bu Gülən hərəkatının şəxsən türk prezidentindən qisas almaq istəyi də ola bilər.
Sonda söhbət həqiqətən Hələb üçün qisas alan tək terrorçu haqqında da gedə bilər. Lakin, tarixdə belə nümunələr çoxdur. Təklər qlobal sarsıntılara, dünya müharibələrinə qədər tətikdə olurdular. Əgər belə təklər olmasaydı, onları uydurmağa dəyərdi.
Şübhəsizdir ki, bu terror aktı Ərdoğana ünvanlanır. İş burada yalnız onda deyil ki, xüsusi xidmət orqanları yüksək səviyyədə işləmirlər. Terrorizmin qarşısını almaq təkcə xüsusi xidmət orqanlarının acizliyi deyil, sadəcə Türkiyədə heç kəs terrorizmlə həqiqətən də mübarizə aparmırdı. Nədənsə kürdlərlə mübarizə aparırdılar, məsuliyyəti İŞİD öz üzərinə götürsə belə, ölkənin ərazisində hər hansı terror aktında hansı güclərin olduğunu ayırmağa çalışırdılar. Bu zaman Türkiyə çoxdan müxtəlif Suriya terror qruplaşmaları üçün sahə hospitalı, istirahət evi və təchizatın bazası oldu. Yumşaq desək, üzvləri çox deyil - onlar Rusiyanı sevmirlər, Moskva və Ankara arasında Suriya üzrə gizli sazişləri bəyənmirlər. Nəticə – göz qabağındadır.
Burada yenidən günah təyyarə hadisəsində olduğu kimi ölkələr arasındakı diplomatik münasibətlərin pozulmasına çalışan düşmənlərdədir».