Vaxt.Az

«100 faiz haqlı çıxdım»


 

Tramp: «Avropada baş verən hücumlar müsəlmanlar haqqında dediklərimin doğru olduğunu göstərdi»

«100 faiz haqlı çıxdım» ABŞ prezidenti seçilmiş Donald Tramp deyib ki, Avropada bu həftə baş vermiş zorakı hücumların onun gələn ay Birləşmiş Ştatların prezidenti vəzifəsinin icrasına başladığı vaxt ölkəyə daxil olan müsəlmanların yoxlanılması planını təklif etməkdə «haqlı olduğunu» göstərir.

«Siz mənim planlarımı bilirsiniz. Mənim əvvəldən haqlı olduğum sübut olundu. 100 faiz haqlı. Baş verənlər biabirçılıqdır,» deyə Tramp Floridada müxbirlərlə qısa söhbətində bildirib.

Prezident seçilmiş Tramp Florida ştatında administrasiyasında yüksək vəzifəli namizədlərlə müsahibələr keçirir.

Berlində Milad yarmarkasında 12 nəfərin ölümü ilə nəticələnmiş hücum və Ankarada Rusiya səfirinin qətli ilə bağlı sualın cavabında Tramp bunları «dəhşətli hadisələr» adlandırıb.

O, hücumları «insanlığa qarşı hücum» kimi qiymətləndirib.

Berlində Milad yarmarkasına hücumdan sonra polislər keşik çəkir.

Ağ Ev uğrunda uzun sürən siyasi kampaniya dövründə Donald Tramp müsəlmanların Birləşmiş Ştatlara daxil olmasına qadağa qoyulmasına çağırıb.

Lakin son zamanlar Tramp tonunu yumşaldaraq, ABŞ-a terror hücumlarının baş verdiyi ölkələrdən daxil olan şəxslərin «ciddi yoxlanışı»na başlamağa söz verib.

Avropa hüquq-mühafizə orqanları hazırda Tunis mənşəli Anis Amrini axtarırlar. O, İraq-Şam İslam Dövlət (İŞİD) ilə əlbir oalraq Berlində hücum təşkil etməkdə şübhəli bilinir.

 





22.12.2016    çap et  çap et