Vaxt.Az

AİİB-dən 600 milyon dollar


 

Daha bir beynəlxalq bank TAP və TANAP layihəsinə kredit ayırdı

AİİB-dən 600 milyon dollar

Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinə 600 mln. ABŞ dolları kredit ayrılması ilə bağlı qərar qəbul edib.

APA agentliyinin məlumatına görə, AİİB-in vitse-prezidenti Dj Pandian deyib ki, Asiya ilə Avropa arasında enerji infrasturkturunun yenilənməsinə xidmət edən TANAP layihəsi Azərbaycan iqtisadiyyatını gücləndirməklə yanaşı, Avropanın, o cümlədən Türkiyənin enerji təhlükəsizliyini təmin edəcək.

Qeyd edək ki, kredit Azərbaycan hökumətinin zəmanəti ilə «Cənub Qaz Dəhlizi» QSC-yə ayrılıb. Bununla AİİB-in cari ildə ayırdığı kreditin ümumi məbləği 1,73 milyard dollara çatıb.

Xatırladaq ki, dekabrın 21-də Dünya Bankı TANAP layihəsinə 800 milyon (400 milyon «Cənub Qaz Dəhlizi» QSC-yə, 400 milyon isə «Botaş» şirkətinə) dollar kredit ayırdığını bildirib. Bununla da, Azərbaycanın təşəbbüsü ilə tikintisi davam etdirilən layihələrə, iki gün ərzində ayrılan kreditlərin həcmi 1.4 milyard dollar təşkil edib.

 





22.12.2016    çap et  çap et