«Müharibə nə vaxt başlayacaq və hansı formatda olacaq» sualına o, «mən danışıqlar yolu ilə problemin nizama salınmasının perspektivlərini görmürəm» - deyib.
Rusiyalı ekspert Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın «Qarabağ probleminin nizama salınmasında açar Moskvanın əlindədir» fikri ilə qəti şəkildə razılaşmadığını bildirib. Epifantsev «Moskva tərəflərin boynuna qəbuledilməyən güzəştləri qoya bilmir, çünki nə Ermənistanda, nə Azərbaycanda cəmiyyətlər güzəştlərə hazır deyil» - deyib.
«Aprel döyüşlərinin dördüncü günündə Moskvanın müdaxiləsi ilə tərəflər arasında barışıq əldə edildi. Əgər yeni hərbi əməliyyatlar başlanacaqsa, Moskva yenidən yalnız diplomatik yolla qarışmağa çalışacaq, Ermənistan Moskvadan hərbi kömək gözləməməlidir. Əgər hərbi əməliyyatlar başlayarsa və erməni tərəfi əhəmiyyətli qaz kəmərlərini və neft kəmərlərini partladacaqsa, Qarabağ mövzusu beynəlxalq KİV-in diqqət mərkəzində olacaq və bu halda ciddi beynəlxalq və regional aktyorlar güzəştli variantlarla tərəfləri müharibəyə son qoymağa məcbur edəcəklər. Azərbaycan bunu anlayır və deyəsən, məhz buna cəhd edir».