Moskva belə bir genişlənmənin həmişə əleyhinə çıxıb.
«Demək olar bütün səviyyələrdə Birləşmiş Ştatlarla dialoq dondurulub. Biz bir-birimizlə əlaqədə deyilik və yaxud bunu çox az edirik», - deyib Kremlin sözçüsü Dmitri Peskov.
«The İndependent» yazır ki, Rusiyanın bu bəyanatı prezident Obama da daxil bir sıra ABŞ rəsmilərinin Rusiyanın, prezident seçkisi zamanı Hillari Klintonun elektron poçtuna haker hücumunun arxasında durmasına dair bəyanatlarla dolu çıxışından sonra səslənib.
Bundan əvvəl Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və Federal Təhqiqatlar Bürosu (FTB) da haker hücumunun Rusiya hakimiyyəti tərəfindən təşkil edildiyini bildirmişdilər.
Respublikaçı senator Con Makkeyni (John McCain) deyib ki, Rusiyanın ABŞ sistemlərinə bu sayaq haker hücumları demokratiyanı onun hazırkı formasında məhv edə bilər.
O Amerika rəhbərliyini Rusiya ilə münasibətləri yaxşılaşdıra bilməməkdə günahlandırıb və əlavə edib ki, tezliklə «dünya nizamının pozulması» baş verə bilər.
RIA agentliyi Dmitri Peskovun «Mir» telekanalına müsahibəsinə istinadən yazır ki, Vladimir Putin-in 2018-ci il prezident seçkisinə qatılıb-qatılmayacağı bilinmir.
O deyib ki, hazırda hamının başı layihələrə və işə qarışıb və seçki haqqında düşünməyə və danışmağa heç kəsin vaxtı yoxdur.
Bir çox təhlilçilər Vladimir Putinin 2018-ci il seçkisinə qatılacağını gözləyirlər.
Ötən ay cənab Tramp seçki kampaniyası zamanı verdiyi bir sıra hay-küylü və ziddiyyətli bəyanatlardan geri çəkilib.
Məsələn seçki kampaniyası zamanı cənab Tramp NATO-nu «köhnəlmiş» təşkilat adlandırmışdı.
Lakin bundan sonra o NATO-nun baş katibi Yens Stollenberqə (Jens Stoltenberg) deyib ki, alyansa «güclü şəkildə inanır».
Cənab Putin ötən noyabrda Rusiyanın yer-göy raketlərinin yerləşdirilməsinin Avropa yaxınlığına genişləndiriləcəyini elan edəndə NATO-nun «qərarlar qəbul etməsini» tənqid atəşinə tutmuşdu.
O demişdi: «Biz niyə NATO-nun genişlənməsinə bu qədər emosional yanaşırıq? Çünki biz NATO-nun qəbul etdiyi qərarlardan narahatıq. Daha nə etməli idik ki? Ona görə də biz əks-tədbirlər görməliyik. Bu isə o deməkdir ki, biz raket sistemlərimizlə bizim nəzərimizdə təhlükə təşkil edən qurğuları nişan alacağıq».