Vaxt.Az

140 bina kül oldu


 

Yaponiyanın milli bayramında «atəşli kutlama»

140 bina kül oldu Yaponiyanın Xonsyu adasının qərbində Niiqata əyalətinin İtoiqava şəhərində 140-dan çox bina yanıb. «Report» RİA «Novosti»yə istinadən xəbər verir ki, yanğın şəhərdəki Çin restoranından başlayıb. Bundan sonra yanğın qonşu binalara keçib.

Xəbərə görə, 273 binadan 586 nəfər təxliyə edilib. Yanğın baş verən rayonda təhsil müəssisələri bir günlüyünə bağlanıb. Yanğın nəticəsində 2 nəfərin xəsarət aldığı bildirilib. Onların həyatı üçün təhlükə yoxdur.

Qeyd edək ki, bu gün Yaponiyanın milli bayramı – «Təvəllüd günü»dür.

 





22.12.2016    çap et  çap et