Vaxt.Az

Bakıda 122 min yaşayış binası köçürüləcək


 

BDLİ layihə hazırlayıb

Bakıda 122 min yaşayış binası köçürüləcək Bakı şəhərində 2035-ci ilədək ümumi yaşayış fondu 97 781 kv.metr, adambaşına yaşayış sahəsi isə 25 kv. m təşkil edəcək. «Report» xəbər verir ki, bu, Bakı Dövlət Layihə İnstitutunun hazırladığı Bakı şəhərinin ərazisindən istifadə və zonalaşdırma planında (Baş Plan) nəzərdə tutulub.

Plana görə, 2035-ci ilədək paytaxtda 121 919 bina köçürülməyə məruz qalacaq. Binaların köçürülməsi səbəbləri sırasında yolların yenidən qurulması, dövlət əhəmiyyətli obyektlərin tikintisi, yaşayış ərazilərinin yenidən qurulması və s. göstərilir.

Bundan başqa, 2035-ci ilədək Bakıda mehmanxanaların tutumunun (nömrə) 60 min, ilk peşə və orta ixtisas təhsili müəssisələrinin 81 ədəd, ali təhsil müəssisələrinin sayının 51 ədəd olacağı proqnozlaşdırılır.


***


Bakı şəhərinin ərazisindən istifadə və zonalaşdırma Baş Planı çərçivəsində ərazi planlaşdırma sxeminin həyata keçirilməsi üzrə investisiyaların təxmini həcmi 2035-ci ilədək 283,972 milyard manat təşkil edəcək.

Qeyd edək ki, bu gün ictimai müzakirəyə çıxarılan Bakı şəhərinin ərazisindən istifadə və zonalaşdırma planı (Baş Plan) təsdiq edilib və Nazirlər Kabinetinə təqdim olunacaq.

 





22.12.2016    çap et  çap et