Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayevin «Azərbaycan» qəzetində dərc olunan məqaləsində deyilir.
Nazir bildirib ki, artıq layihə çərçivəsində «Şahdəniz» qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə işlərin 87 faizi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə işlərin 72 faizi, Transanadolu Boru Kəmərinin (TANAP) inşası üzrə işlərin 60 faizi, Transadriatik Boru Kəmərinin (TAP) inşası üzrə işlərin 30 faizi icra edilib. Hazırda inşaat işləri davam etdirilir.