Vaxt.Az

Milli Komitədən deklarasiyaya böyük dəstək


 

Arzu Abdullayeva və Helsinki qrupu erməni-Azərbaycan platformasına daxil oldu

Milli Komitədən deklarasiyaya böyük dəstək Məşhur Azərbaycan hüquq müdafiəçisi, Helsinki Vətəndaş Məclisi Milli Komitəsinin sədri Arzu Abdullayevanın və Milli Komitənin fəalları erməni-Azərbaycan sülh platformasına dəstək verdiklərini və ona qoşulduqlarını bildiriblər.

Virtualaz.org bildirir ki, bu barədə Milli Komitənin nümayəndələri açıq bəyanat yayıblar.

Qeyd edək ki, A.Abdullaeva və Milli Komitənin üzvləri xalq diplomatiyasında və vətəndaş sülhünün əldə olunması prosesində fəal iştirak edirlər. Ancaq A.Abdullaevanın və Milli Komitənin bugünkü bəyanatı belə bir nəticəyə gəlməyə əsas verir ki, qrup Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə çağıran Bakı bəyannaməsi çərçivəsində işləyəcək.

Xatırladaq ki, bu ilin noyabrında Bakıda bir qrup erməni və azərbaycanlı ictimai fəal tərəfindən «Ermənistanla Azərbaycan arasında sülh naminə Platforma» yaradılıb.

Onun da qeyd edək ki, «Ermənistan və Azərbaycan arasında sülh üçün Platforma»nı təsis etmiş erməni və Azərbaycan hüquq müdafiəçiləri onu vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət təşkilatları, dini qurumların nümayəndələri, ekspertlər, Ermənistanın və Azərbaycanın alim və sadə vətəndaşları, həmçinin sülhün əldə olunması işinə öz töhfəsini verməyi arzulayan başqa ölkələrin vətəndaşları üçün açıq elan ediblər.

 





23.12.2016    çap et  çap et