ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,11 dollar artaraq 55,16 dollar olub.
Bununla da neftin qiyməti 52 həftəlik maksimumu yeniləyib. Belə ki, sonuncu dəfə 2015-ci ilin iyulunda «qara qızıl»ın qiyməti bu həddə olub.
Qeyd edək ki, ABŞ-da neft ehtiyatlarının artması xəbərindən sonra ucuzlaşan «qara qızıl»ın sonradan bahalaşmasına səbəb kimi OPEC ölkələrinin hasilatın müəyyən səviyyədə dondurulması ilə bağlı qərarı göstərilir.