Vaxt.Az

Abutalıbovu susduran «Araz»


 

Sökülən otelin müəmması; nazirlik heç nə bilmir

Abutalıbovu susduran «Araz» Dekabrın 23-də Yusif Səfərov küçəsi, Bakı Şəhər Baş Polis İdarəsinin yaxınlığında yerləşən «Araz» otel sökülüb. Oteldə çalışan əməkdaşların Modern.az-a verdiyi məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun müşayiəti ilə sökülən otelin aqibətilə bağlı əvvəlcədən hər hansı xəbərdarlıq edilməyib.

Bakı meri Hacıbala Abutalıbov Modern.az-a açıqlamasında söküntünü yolun genişləndirilməsilə əlaqələndirb. «Onun yerində gözəl bir park salınacaq» deyərək, Yeni Azərbaycan Partiyasının tədbirində olduğunu xatırladan mer, telefonu qapadıb.

Məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov Modern.az-a bu barədə məlumatlı olmadığını deyib: «Mədəniyyət və Turizm Nazirliyi otellərə lisenziya verirdi. Onlar isə özəl olaraq fəaliyyət göstərirlər. Yəni nazirliyin balansında deyillər. Azərbaycan prezidentinin 19 oktyabr 2015-ci il tarixli «Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında» fərmanına əsasən, xüsusi razılıq (lisenziya) verilməsi xidməti İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən «ASAN xidmət» vasitəsi ilə təşkil edilir. Ona görə də otelin niyə, hansı səbəbdən söküldüyünü bilmirik».

 





24.12.2016    çap et  çap et