Vaxt.Az

3 neft şirkəti iflasa hazırlaşır


 

ABŞ-ın öz siyasətinin qurbanı olur

3 neft şirkəti iflasa hazırlaşır ABŞ-ın 3 orta neft şirkəti yaxın vaxtlarda iflas üçün müraciət edəcəyini bildirib. «Report»un «Fuelfix» saytına istinadən verdiyi xəbərə görə, bu, neft qiymətlərinin düşməsi səbəbindən şirkətlərin üzləşdiyi maliyyə çətinlikləri ilə bağlıdır.

Son 2,5 ildə neft qiymətlərinin kəskin azalması səbəbindən ABŞ-da 200-ə yaxın neft şirkəti iflas edib. Bu siyahıya Hyuston ştatında yerləşən «Memorial Production Partners», «Forbes Energy Service» və «Bonanza Creek Energy» şirkətləri də qoşula bilər.

Lakin analitiklər 2017-ci ildən etibarən ABŞ-ın neft sektorunda iflasların yavaşlayacağını proqnozlaşdırırlar. «Fitch» beynəlxalq reytinq agentliyinin analitiki Erik Rozental (Eric Rosenthal) hesab edir ki, neft bazarının çətin günləri artıq geridə qalıb: «Qiymətlər yüksəlməyə başlayır. Keçən illə müqayisədə perspektivlər xeyli dərəcədə yaxşılaşıb».

 





24.12.2016    çap et  çap et