Vaxt.Az

Polşa arsenalını gücləndirir


 

1000 km radiuslu «JASSM-ER» raketlərinin TTX-sı ilə tanış olun

Polşa arsenalını gücləndirir Polşa «JASSM-ER» tipli qanadlı raketlərin tədarükünə dair ABŞ-la saziş imzalayıb. APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Polşanın Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Məlumata görə, kontraktın ümumi dəyəri 235 milyon dollar təşkil edir.  

Qeyd edək ki,  ABŞ-ın istehsal etdiyi «hava-yer» sinfinə aid «JASSM-ER» qanadlı raket 980 km aralıda olan hədəfləri dəqiq vurma qabiliyyətinə malikdir.

Vaxt.az «JASSM-ER»in taktiki-texniki xarakteristikasını təqdim edir.

«AGM-158 JASSM» «Lockheed Martin» şirkəti tərəfindən hazırlanan «hava-yer» sinfinə aid, hədəfi yüksək dəqiqliklə məhv edən qanadlı raketdir. İstənilən hava şəraitində və günün istənilən saatında, düşmənin HHM vasitələrinin hərəkət zonası xaricində olan məsafədə, yüksək-müdafiəli stasionar və yerdəyişən (kvazistasionar) hədəfləri vurmaq üçün nəzərdə tutulur. Az hiss olunan radiolokasiya texnoloji imkanlardan istifadə etməklə yaradılıb. Turboreaktiv mühərrik quraşdırılan raket peykdən də idarə edilə bilir. Hədəfalma sistemində, yüksək dərəcəli radioelektron qorunması olan GPS peyk sisteminin siqnal qəbuledicisindən korreksiyalı inersial sistem idarəetməsi ilə yanaşı, 2012 ildə təkmilləşdirilərək müasir infraqırmızı özühədəfəalma başlığı (uçuşun son sahəsində işləyir), hədəfləri özütanıma sistemi ilə təchiz edilib.

1995-ci ildə layihələndirilən «JASSM-ER», 1998 ildə istehsal olunub və bir il sonra sınaqdan keçirilib. 2003-cü ildə 360 km uçuş məsafəsi, 2010-cu ildə 980 km-ə çatdırılıb. Hədəfdən yayınma 2.4 metrdir. Uçuş surəti 750-1000 km/saat, uzunluğu 4.27 - qalınlığı 0.5 metr, çəkisi 1 tondan ağır olan raket 450 kiloqram döyüş başlığı daşıyır.

Polşadan əvvəl ABŞ, Avstraliya və Finlandiya ordularının arsenalını zənginləşdirib.

«JASSM-ER» raketi «B-52Н» (12 ədəd), B-1B» (24), B-2» (16), F-15E (3), F-16, F-18 və F-35 (2) döyüş təyyarələrində daşınaraq, hədəfə yönləndirilə bilir.

 





24.12.2016    çap et  çap et