Vaxt.Az

«Anti-Armenia Team» 10-dan çox səfirliyin işini iflic edib


 

Azərbaycanlı hakerlər təxminən 5 min erməninin elektron poçtunu sındırıblar

«Anti-Armenia Team» 10-dan çox səfirliyin işini iflic edib Azərbaycanın «Anti-Armenia Team» kiberqruplaşmasının üzvləri təxminən 5 min erməninin elektron poçtunun sındırdıqlarını bəyan ediblər. Hakerlər bu hücumun təfərrüatlarını bölüşməyib, bircə onu bildiriblər ki, sındırılan elektron poçtlara giriş «fishing» hücumlarının nəticəsində mümkün olub. Virtualaz.org bildirir ki, bu barədə «SecurityLab» xəbər verib.

Sübut kimi qruplaşma hücum nəticəsində zərər görənlərin parolları və loginlərini ehtiva edən məlumat bazasının bir fraqmentini nümayiş etdirib.

Hakerlərin sözlərinə görə, onların əlinə «vacib informasiya» düşüb. Yaxın gələcəkdə «Anti-Armenia Team» hücum nəticəsində əldə edilmiş 450 GB-lıq məlumat açıqlayacağına söz verib.

Xatırladaq ki, bu ilin sentyabr ayının əvvəllərində «Anti-Armenia Team» qruplaşması Ermənistan hökumətinin istifadə etdiyi serverləri sındırıb, ölkəyə daxil olmuş əcnəbilərin pasport məlumatlarını oğurlayaraq dərc edib. Cari ilin əvvəllərində hakerlər 47 erməni saytına, o cümlədən Ermənistan Xarici İşlər Nazirliyinin saytına hücum edib. Ermənistanın ABŞ, Rusiya, Argentina, Avstriya, Belarus, Belçika, Braziliya, Bolqarıstan, Kanada, Çin və s. kimi ölkələrdə yerləşən səfirlikləri və konsulluqlarının saytları hücuma məruz qalıb.

 





24.12.2016    çap et  çap et