Azərbaycan dövlət başçısının saytına istinadən bildirir ki, başsağlığında deyilir: «Hörmətli Vladimir Vladimiroviç, çoxsaylı insan tələfatı ilə nəticələnmiş TU-154 təyyarəsinin qəzası haqqında xəbər məni sarsıtdı.
Azərbaycanın xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm».
***
Rusiya Müdafiə Nazirliyinin «Tu-154» tipli təyyarəsinin qəzaya uğraması nəticəsində çoxlu sayda insanın ölməsi ilə əlaqədar sabah matəm elan edilib.
APA-nın verdiyi məlumata görə, bunu bu gün Rusiya prezidenti Vladimir Putin jurnalistlərə açıqlamasında bildirib.
V. Putin deyib ki, sabah Rusiyada ümummilli matəm günü elan edilib.
Qeyd edək ki, bu gün Rusiya Müdafiə Nazirliyinə məxsus «Tu-154» təyyarəsi yerli vaxtla yerli vaxtla saat 05.25 (Bakı vaxtı ilə saat 06.25) radələrində Soçinin Adler aerodromundan hava qalxdıqdan 2 dəqiqə sonra radardan itib. Qara dənizə düşən təyyarədə 85 sərnişin və 8 heyət üzvü olub.