Vaxt.Az

«Qara qutu»nun cavabı


 

Tu-154-ün pilotlarının səhvi versiyası təsdiqlənir

«Qara qutu»nun cavabı Qara dənizə düşən Tu-154 təyyarəsinin «qara qutu»sundakı yazının ilkin təhlili qəzanın pilotların səhvi ucbatından baş verdiyini təsdiqləyir.

Rusiyanın NTV telekanalı xəbər verir ki, məlumatlı mənbənin sözlərinə görə, «qara qutu»dakı yazının təhlili qəzanın idarəetmədəki səhvlə bağlılığının prioritet versiya olması barədə nəticə çıxarmağa əsas verir. «Interfax» agentliyi təhqiqatın hələlik rəsmi olmayan digər mühüm təfərrüatları barədə də məlumat verib. İlkin məlumata görə, Tu-154 təyyarəsi qanadlarının qaldırıcı qüvvəsinin uçuş üçün yetərli olmaması səbəbindən qəzaya uğrayıb.

Xatırladaq ki, Tu-154 təyyarəsi bazar günü səhər havaya qalxdıqdan bir neçə dəqiqə sonra Soçi yaxınlığında Qara dənizə düşüb. Onun göyərtəsindəki 92 nəfərin hamısı – hərbi qulluqçular, jurnalistlər, məşhur həkim Yelizaveta Qlinka, həmçinin Aleksandrov adına hərbi ansamblın musiqiçiləri həlak olub. Təyyarənin qalıqları qəzadan bir neçə saat sonra Soçi rayonunda sahildən 1,5 kilometr aralıda, suyun 50-70 metr dərinliyində aşkarlanıb. (AzərTAc)

 





27.12.2016    çap et  çap et