Vaxt.Az

Hündür dabanlar təhlükəlidirmi?


 

Bu geyimdən yaranan problemlər sonradan müxtəlif xəstəliklərə gətirib çıxarır

Hündür dabanlar təhlükəlidirmi? Daha gözəl və incə görünmək üçün xanımların seçdiyi müxtəlif tipli hündürdabanlı ayaqqabıların, sən demə, zərərləri tərəfləri də var.
Mütəxəssislərin apardıqları araşdırmalar zamanı ortaya çıxıb ki, 8 sm-dən yüksək olan hündürdabanlı ayaqqabılar geyinən xanımın fizioloji duruşu pozulur, beli önə doğru əyilir və müəyyən zaman keçdikdən sonra bu vəziyyət donqarlaşma yaradır.
Hündürdabanlı ayaqqabılardan müntəzəm istifadə edən qadınların bel, omba, diz, ayaq əzələlərində, topuq hissələrində tədricən problemlər yaranır və sonradan müxtəlif xəstəliklərə gətirib çıxarır.
Nəzərə alsaq ki, heç bir xəstəliklər, təhlükələr belə qadınların hündürdaban ayaqqabılara olan ehtirasının söndürə bilməz, o zaman mütəxəssislər müəyyən şərtlər irəli sürüblər. Belə ki, əsas olan odur ki, ayaqqabı seçərkən mütləq ayağınıza oturmasına diqqət yetirin. Həddindən artıq, dikdaban, ucubiz və dar olanlara, ümumiyyətlə yaxın getməyin. Unutmayın ki, ayağın baş barmağı ilə ayaqqabının ucu arasında 1 sm boşluq olmalıdır.
Ayaqqabını alarkən onu geyinin və mütləq rahat olub-olmamasını yoxlamaq üçün bir az addımlayın. Çox möhkəm olan ayaqqabıları sonradan ayağınızda rahat oturacağı üçün almayın. Çalışın ki, seçdiyiniz ayaqqabının dabanı 5 sm-dən yüksək olmasın.
Sağlamlığınızı qorumaq üçün mütləq ayaqlarınıza məşqlər etdirin. Dikdaban ayaqqabını çıxartdıqdan sonra çalışın ki, adi idman ayaqqabısı ilə 30-45 dəqiqə hərəkət edəsiniz. Gündə ən azı 2 litr su için. Bu sadə şərtlərlə hündürdaban ayaqqabılarınızı sağlam şəkildə uzun illər geyə bilərsiniz.
 





09.06.2013    çap et  çap et