Vaxt.Az

Ofis geyimi seçmək qaydası


 

Paltarınızın sizi pis vəziyyətə salmağınızı istəmirsinizsə...

Ofis geyimi seçmək qaydası Geyimləri kombinə etmək fərqli tərz yaratsa da bunu da düzgün qaydada etməklə daha yaxşı nəticələr əldə etmək mümkündür.
Demək olar ki, hər bir işləyən, çalışan xanımın ən böyük kabusu işə gedərkən nə geyinəcəyini düşünməkdir.
Çox müasir bir iş mühitində geyiniləcək olan geyimlə, konservativ bir iş mühitinin qəbul edəcəyi geyimlər əsla bir ola bilməz.
Çalışdığın şirkətin mühiti, təşkilati quruluşu belə geyim seçiminə təsir edən faktorlardandadır. Siz ofisə yaraşan, uyğun tərzinizi qoruyun. Dəblə ayaqlaşmaq xətrinə stilinizə xələl gətirməyin.
İş yerindəki geyiminiz sizin imzanızdır, bunu əsla unutmayın.
Ofisdə geyinilməyi vacib olmayan paltarlar aşağıdakılardır:
  1. dekolte köynəklər
  2. çox dar paltarlar
  3. həddindən artıq mini ətəklər
  4. dəri şalvar və ətəklər
  5. leopard yaxud da zebr naxışlı paltarlar
  6. yay üçün nəzərdə tutulmuş şortlar, vyetnamkalar
  7. çox parlaq geyimlər
  8. cırıq-cırıq köynəklər və şalvarlar
  9. üzəri naxışlı, yaxud da üzərində müxtəlif yazılar olan köynəklər.
 





22.04.2013    çap et  çap et