Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) ələ keçirilib.Virtualaz.org Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, dekabrın 29-da axşam saatlarında cəbhənin Tərtər rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus PUA bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq xüsusi üsulla yerə endirilib.
çap et