«Müdafiə Nazirliyinin bizim Suriya Respublikasındakı hərbi iştirakımızı ixtisar edilməsinə dair təklifi ilə razıyam»-Putin bildirib.
Rusiya prezidenti məlumat verib ki, İran və Türkiyənin də səyləri ilə Suriyada qarşıduran tərəflər arasında atəşkəs razılaşması əldə edilib. Razılaşma sabahdan qüvvəyə minəcək. Razılaşmaya əsasən silahlı müxalifət Suriya hakimiyyəti ilə danışıqlara da başlamalıdır. Putinin sözlərinə görə, razılaşmanı cəmi 60 minlik döyüşçüsü olan qruplaşmalar imzalayıb.
Bu, Rusiya prezidentin Suriyadan qoşunların çıxarılmasına dair ikinci qərarıdır. Mart ayında Putin eynən indi olduğu kimi Şoyqunu və Lavrovu Kremlə çağıraraq Suriyadan aviaqruplaşmanın əsas qüvvələrinin çıxarılacağını elan edib. Həmin bəyanatdan sonra Rusiyanın Suriyadakı döyüş təyyarələrinin bir qismi həqiqətən geri qayıdıb, ancaq əvəzində bu ölkəyə vertolyotlar və zirehli texnika, habelə xüsusi təyinatlılar göndərilib. Daha sonra baş verənlər isə ümumiyyətlə Rusiyanın Suriyadakı hərbi iştirakını azaltmadığını göstərib.