Vaxt.Az

Trampın iş planı açıqlandı


 

İnauqurasiyadan sonra ilk qərar nə olacaq?

Trampın iş planı açıqlandı ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın yanvarın 20-də baş tutacaq inauqurasiya mərasimindən sonrakı iş planı açıqlanıb. Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Tramp ilk olaraq əvvəlki prezident Barak Obamanın imzaladığı bir çox qanunları ləğv edəcək.

Tramp administrasiyasının nümayəndəsi Şon Payser bildirib ki, yeni prezident ilk gün bir sıra qanunlar imzalayacaq. Onların bir çoxu köhnə rəhbərliyin son 8 ildə qəbul etdiyi qərarların ləğvini nəzərdə tutacaq. 

Tramp hesab edir ki, həmin qanunlar ölkənin iqtisadi inkişafına və yeni iş yerlərinin açılmasına əngəl yaradıb. 

Qeyd edək ki, inauqurasiya mərasiminin rəsmi hissəsi yanvarın 19-da səhər saatlarında başlayacaq.

Tramp və vitse-prezident Arlinqton məzarlığına gedərək çələng qoyacaq. Bunun ardınca Linkoln memorialının qarşısında konsert proqramı olacaq.

Yanvarın 20-də prezident və vitse-prezident Konqresdə and içəcək və ardınca Ağ Evə qədər davam edəcək inauqurasiya paradında iştirak edəcəklər.

 





02.01.2017    çap et  çap et