Bu, siyasi məhbusun aclıq aksiyasını dayandırdıqdan bir gün sonraya təsadüf edir.
Murtaza azadlığa buraxıldıqdan dərhal sonra Təbrizin şəhid Mədəni xəstəxanasına aparılaraq həkim nəzarətinə götürülüb, hələlik onunla görüşmək mümkün deyil.Uzun müddətli aclıq nəticəsində təxminən 30 kiloqram çəki itirən Murtazanın bir çox orqanlarında ciddi problemlər yaranıb, son olaraq mədəsində qanaxma əmələ gəlmişdir.
Siyasi məhbus dekabrın 28-i aclıq aksiyasının 65-ci günündə anasının ona müraciətindən sonra aksiyanı dayandırıb. O, anasının istəyinə görə Azərbaycan adına aclıq aksiyasını dayandırırdığını elan etmişdir.
Murtazanın anası, onun aclıq aksiyasının 64-cü günündə səlahiyyətli orqanların məsələyə münasibəti və siyasi məhbusun son durumu haqda qısa səsli mesaj yaymışdır. O Murtazadan Azərbaycan adına aclıq aksiyasını dayandırmağı istəyəcəyini bildirmişdir.
Azərbaycanlı siyasi məhbus cəzasının yüngülləşdirilməsi ilə bağlı islam cəza qanununun 134-cü maddəsinin icra edilməməsi və azadlığa buraxılmamasına etiraz olaraq oktyabrın 25-dən aclıq aksiyası keçirirdi.