Vaxt.Az

«Qərara gəlməmişəm»


 

«Ruhani ilə rəqabət aparmaq haqqında söz-söhbət edilməyib»

«Qərara gəlməmişəm» İran parlamenti sədrinin müavini, Türkdilli Bölgələr Fraksiyasının rəisi Məsud Pezeşkiyan yanvarın 2-də jurnalistlərə açıqlamasında qarşıdan gələn prezident seçkilərində namizədliyini irəli sürüb-sürməyəcəyinə aydınlıq gətirib.

«Ölkədə keçiriləcək növbəti prezident seçkilərində Həsən Ruhani ilə rəqabətə girməyi düşünürsünüzmü» sualını cavablandıran Pezeşkiyan bildirib ki, o hələlik bu barədə qəti qərara gələ bilməyib: «Bir sıra şəxslər bu haqda orda-burda bəzi söhbətlər ediblər. Lakin mən özüm prezidentliyə namizədliyimi irəli sürmək barədə hələ qəti qərara gəlməmişəm. Bundan başqa, şəxsən mənim özümlə seçkilərdə Ruhani ilə rəqabət aparmaq haqqında söz-söhbət edilməyib».

Qeyd edək ki, İranda növbəti prezident seçkiləri 2017-ci ilin iyununda (1396-cı il, ordibeheştin 29-da) keçiriləcək.

 





02.01.2017    çap et  çap et