Strateq.az «Frans Press»ə istinadən bildirir ki, bu sözləri Ərbildə səfərdə olan Fransa prezidenti Fransua Olland deyib.
Olland İraqın baş naziri Heydər əl-Abadi ilə Bağdadda görüşü zamanı isə bəyan edib ki, hökumət qüvvələrinin Mosulu terrorçulardan azad etmə əməliyyatı yaxın həftələrdə sona çatacaq: «İŞİD-in Mosulda məhv edilməsi bir neçə həftə çəkəcək. Tezliklə biz onların sonunun şahidi olacağıq».
Qeyd edək ki, Fransa HHQ-si 2014-cü ildən Suriyada və İraqda İŞİD-ə qarşı «Şammal» adlı əməliyyat keçirir.
Mosulun azad edilməsi üçün yerüstü əməliyyat oktyabrın 17-dən başlanıb. Bu müddət ərzində şəhərin 60 faizi İŞİD-dən təmizlənib.