Vaxt.Az

İranda daha 1 nəfər edam edilib


 

4 məhbus isə ölüm hökmünün icrasını gözləyir

İranda daha 1 nəfər edam edilib İranda narkotik maddələrin satışı və qaçaqmalçılığında günahlandırılan daha 1 nəfər edam edilib, edama məhkum edilən 4 məhbus isə ölüm hökmünün icrasına hazırlıq üçün təkadamlıq kameralara köçürülüb.

İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, 1 kiloqram həcmində narkotik maddənin qaçaqmalçılığında günahlandırılan Nüsrət Xəzai adlı müttəhim, yanvarın 2-si sübh saatlarında İranın Qəzvin şəhərinin zindanında dara çəkilib.

Həmin gün, oxşar ittihama görə edama məhkum edilən və Kərəcin Qızılhasar zindanında saxlanılan 4 məhbus (60 yaşlı Xəşayar Behruzi, 30 yaşlı Hərif Qulami, 32 yaşlı Mehdi Kavusi və  Ənuş Bəluc), ölüm hökmünün icrasına hazırlıq üçün həbsxananın ümumi korpusundan ayrı-ayrılıqda təkadamlıq kameralara köçürülüb. Onların yaxın saatlarda dara çəkiləcəyi gözlənilir.

Son illər İranda edamların sayının kəskin artması, beynəlxalq hüquq təşkilatlarının ciddi narahatlığına səbəb olub. İran İslam Respublikası hakimiyyəti, öz vətəndaşlarına çıxardığı ölüm hökmlərinin sayına görə, dünyada Çindən sonra ikinci yeri tutur.

 





03.01.2017    çap et  çap et