Vaxt.Az

Tramp Assanca istinad edib


 

«14 yaşlı uşaq da Podestanın emaillərini ələ keçirə bilərdi»

Tramp Assanca istinad edib Saləhiyyətlərinin icrasına başlamağa iki həftə qalan ABŞ-ın növbəti prezidenti Donald Tramp siyasi rəqiblərinə rişxəndlə yanaşaraq ölkənin əsas media qurumlarını tənqid edib. O, habelə Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsinə dair kəşfiyyat məlumatlarına yenidən şübhə ilə yanaşıb.

Milyarder daşınmaz əmlak maqnatlığından respublikaçı siyasətçiyə çevrilən Tramp bu gün «Twitter» hesabından ardıcıl yazdığı mesajlarda soruşub ki, nə üçün Demokrat Milli Komitəsi Hillari Klintonun seçki kampaniyasının sədri Con Podestanın hak edilən minlərlə emailinə məhəl qoymayıb və nə üçün partiyanın Respublikaçılarda olduğu kimi haker hücumlarında müdafiə sistemi olmayıb.

Donald Tramp «WikiLeaks»in təsisçisi Culian Assanca istinad edərək deyib ki, «14 yaşlı uşaq da Podestanın emaillərini ələ keçirə bilərdi». Assanc habelə deyib ki, «o, məlumatları ruslardan əldə etməyib».

«WikiLeaks» noyabrın 8-də keçirilmiş seçkilərə az qalmış Podestanın minlərlə emailini yaymışdı. Ancaq emaillərin haradan əldə edilməsinə dair heç bir məlumat verilməmişdi.


Demokratlara şillə


Yanvarın 20-də and içməyə hazırlaşan Tramp həmçinin demokratları emaildə aşkar olunanlara cavab vermədiklərinə görə tənqid edib və bu ifadələri «çox pis sözlər» adlandırıb. Onun istinad etdiyi emaillərdən biri praymerilərdən öncə Vermont senatoru Berni Sanderslə keçiriləcək seçki debatının suallarının Hillari Klintona sızdırılması ilə bağlıdır.

Bu insident barədə ötən böyük məlumatlar yayılsa da, Tramp bunu «ikili standart» adlandırmışdı. «Media həmişə olduğu kimi bunlara keçid verib» - deyə bildirmişdi. O, Assanca istinad edərək ABŞ mediasını «qeyri-dəqiq və vicdansız» adlandırıb.

 





05.01.2017    çap et  çap et