Vaxt.Az

Qiyamçı komandir növbəti dəfə saxlanıldı


 

Kosovonun sabiq baş naziri Hardinay Fransada həbs edilib

Qiyamçı komandir növbəti dəfə saxlanıldı Müharibə cinayətləri törətdiyini iddia edən Serbiyanın həbs qərarı ilə Kosovonun sabiq baş naziri Ramuş Hardinay Fransada polis tərəfindən həbs edilib.

Ramuş Haradinay Kosovonun azadlığını bəyan etməsi ilə nəticələnən 1998-1999-cu illərin Kosovo müharibəsində qiyamçı komandiri olub.

Haradinay BMT-də iki dəfə müharibə cinayətləri ittihamları ilə üzləşsə də, hər dəfə bəraət qazanıb.

Kosovonun xarici işlər nazirliyi Haradinayın həbsini qəbuledilməz adlandırıb və onun azadlığa buraxılması istiqamətində işlədiyini bildirib.

Kosovoda hazırda müxalifət lideri olan Haradinay Fransanın şərqində yerləşən Bales Mulhouse Freiburg aeroportunda həbs edilib.

Fransız hakimiyyəti Serbiyadan gəlmiş həbs qərarına əsasən hərəkət etdiyini bildirib. Cənab Haradinay, həmçinin 2015-ci ildə Sloveniyada həbs edilib, lakin qısa bir müddətdən sonra yenidən azad edilmişdi.

O, 90-ci illərin müharibəsində Kosovo Azadlıq Ordusunun komandiri idi və Serbiya iddia edir ki, bu müharibə zamanı o, etnik serblərə qarşı tətbiq olunan işgəncə və qətl kampaniyasına nəzarət edib.

Haradinay ona qarşı iddiaları dəfələrlə təkzib edib və bu ittihamlarla üzləşməmək üçün baş nazir vəzifəsində yalnız 100 gün xidmət etdikdən sonra baş nazirliyi tərk edib.

2012-ci ildə baş tutmuş sonuncu məhkəmədə hakim, ona qarşı olan ittihamları isbat edən heç bir dəlilin olmadığını deyib.

Kosovo Serbiyadan azadlığını 2008-ci ildə bəyan edib, lakin Serbiya Kosovonu azad ölkə kimi tanımır.

 





06.01.2017    çap et  çap et