Virciniya ştatındakı Fort Mayer (Fort Myer) hərbi hissəsinə səfər edən Barak Obamanı Vitse-prezident Co Bayden, Müdafiə Naziri Eşton Karter və Baş Qərargah Rəisi, Ordu Generalı Cozef Danford müşayiət edib.
Obama burada etdiyi çıxışında ABŞ ordusunun ən böyük məsuliyyətinin Amerika xalqının dəstəyini və etimadını qazanmaq olduğunu bildirib.
Obama, «Xalqımızı qorumaq üçün gözünüzü yummayın, amma əsgərlərimizin canını təhlükəyə atmamaq üçün çox tələsik davranaraq müharibəyə də girməyin» ifadəsini söylədi.
Nazir Karter Obamaya müraciət öncəsi ölkəyə xidmətlərinə görə ABŞ ordusunun adına olan medal təqdim edib.