Vaxt.Az

Erməni faşizmi adiləşib


 

Qadını qarışıq nikaha görə öldürmək istəyirlər

Erməni faşizmi adiləşib Bu günlərdə erməni seqmentində hansısa erməninin qoyduğu şəkil ətrafında qızğın müzakirələr açılıb.

Virtualaz.org-un xüsusi müxbiri Vahan Martirosyanın verdiyi məlumata görə, fotoda qadın öz əri və kiçik oğlu ilə birlikdə, xalq kostyumları geyinərək kamera qarşısında poz verib. İlk baxışda bu şəkildə təəccüblü heç nə yoxdur, ailə başçısının erməni yox, afroamerikalı olduğunu nəzərə almasaq. Və məhz bu məqam sosial şəbəkələrdəki «vətənpərvərlərdə» ciddi hiddət doğurub.

Onlar qadını və ən dəhşətlisi odur ki, onun kiçik oğlunu «vətən xaini», «millətə ləkə» adlandıraraq sözün əsl mənasında linç edir, «erməni geninin» bəzi aktiv müdafiəçiləri isə hətta onların fiziki məhvinə çağırırlar. Sağlam düşüncəli insanların qadını qorumaq üçün, necə deyərlər, yazıq cəhdlərinin qarşısı isə son dərəcə təcavüzkarlıqla alınır.

 





06.01.2017    çap et  çap et