Bunu Ağ Evin mətbuat katibi Coş Ernest brifinq zamanı deyib.
«Düşünürəm ki, bizim «İncirlik»dən istifadəmizin məhdudlaşdırılması təhlükəsi göstərə biləcəyimiz dəstəyi potensial olaraq poza bilər», – deyə o bildirib.
ABŞ rəsmisi bunun baş verməyəcəyinə ümid etdiyini deyib.
Türkiyə baş nazirinin müavini Veysi Kaynak qeyd edib ki, Ankara ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin Türkiyənin «İncirlik» bazasında iştirakını sual altında qoyub. (Report)