Vaxt.Az

«Wikileaks»in yaradıcısından ittiham


 

«Demokratların uduzmasının əsas səbəbi düzgün namizəd seçə bilməməsi oldu»

«Wikileaks»in yaradıcısından ittiham «Wikileaks»in yaradıcısı Culian Assanc bildirib ki, Demokratların Amerikada prezident seçkilərini uduzmasının əsas səbəbi düzgün namizəd seçməmələridir.

«Eurasia Diary»nin Fox News-a istinadən verdiyi məlumata görə, bu telekanala mühasibə verən Culian Assanc vacib məqamları açıqlayıb. Məşhur «Wikileaks»in yaradıcısı hesab edir ki,  Demokrat Milli Komitəsində təmsil olunanlar  prezident seçkiləri qabağı güclü namizədi önə çıxarmadılar. Buna görə də, seçkiləri uduzdular, çünki onlar Demokrat partiyasının əsas maraqlarını uzun müddət təmsil etmirlər.

Culian Assanc Demokrat partiyasının administrasiyasında edilən haqqsızlıqları açıqlayıb. O, hesab edir ki, Senator Sandersonun yerinə Hillari  Klintonun namizdəliyinin irəli sürülməsi düzgün deyildi.

Həmçinin, «Wikileaks» Hillari Klinton və Demokrat partiyası arasında gizli işbirliyini sübut edən elektron yazışmalar aşkar edib.  Demokrat Milli Komitəsinin qadın katibi Donna Brazile xanım Klintona debatda soruşulacaq sualları ötürüb.

Culian Assanj Demokrat partiyasına xəbərdarlıq edib ki, dərc olunan məlumatları götürüb istifadə etmək açıq-aydın göstərir ki, Demokrat Milli Komitəsində əsas oyuncular kimdir və onlar necə işləyirlər.

Assanc həmçinin, Donald Trampı ictimaiyyət ilə düzgün və şəffaf  əlaqə yaratdığına görə tərifləyib.  «Wikileaks»in yaradıcısı Trampla bağlı onu da qeyd edib ki, Tramp prezidentlik postunu idarə etməsindən  öncə onun mütləq müəyyən standartlardan istifadə etməyə ehtiyacı var . «Onun Ağ Evdə güclü məsləhətçilərə ehtiyacı var. Əgər yeni seçilmiş prezident öncə standartları yerinə yetirməzsə, böyük səhv addım olar».

Xatırladaq ki, Culian Assanc 2012-ci ildən Londondakı Ekvador səfirliyində yaşayır. İsveçdə Amerikanın tələbi ilə ona qarşı ittihamlar irəli sürülüb. Londonda polis onu həbs etmək üçün Ekvador səfirliyinin binasını mühasirəyə almışdı. Lakin Ekvador onun Amerikaya ekstradisiya etməkdən imtina edib.

BMT-nin İnsan hüquqları üzrə İşçi qrupunun 16 aylıq apardığı araşdırmaya görə, «Wikileaks»in yaradıcısına qarşı qanunsuz hərəkət edilmiş və onun mütləq buraxılmasını və kompensasiya ödənilməsini tələb etmişdi.

 





06.01.2017    çap et  çap et