Vaxt.Az

Bakıda Beynəlxalq Yaradıcılıq Festivalı keçiriləcək


 

Türkdilli dövlətlərin gəncləri paytaxtımıza toplaşır

Bakıda Beynəlxalq Yaradıcılıq Festivalı keçiriləcək İyulun 22-26-da Bakıda Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş türkdilli dövlətlərin gənclərinin Bakı Beynəlxalq Yaradıcılıq Festivalı keçiriləcək.
Festivalın keçirilməsində məqsəd türkdilli dövlətlərin gənclərinin mədəni və mənəvi nailiyyətlərinin mübadiləsi məqsədilə mədəni platformanın yaradılması və yaradıcı gənclərin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi, türkdilli xalqların mədəniyyətinin, milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin təbliğ edilməsidir.
Qeyd edək ki, festivalda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Türkmənistandan olan gənclər iştirak edəcəklər. Festival 6 nominasiya - vokal, rəqs, ifaçılıq, moda, foto və dekorativ-tətbiqi sənət nominasiyaları üzrə aparılır. Festival çərçivəsində istedadlı və yaradıcı gənclərin iştirakı ilə qala konsert, gənc fotoqrafların sərgisi, dekorativ-tətbiqi sənət nümunələrindən ibarət sərgi və moda nümayişi keçiriləcək.
Gənc rəssamların dekorativ-tetbiqi sənət sərgisi 23 iyul 2013-cü il, saat 18.00, "Yay gallery" (ünvan: İçəri şəhər, Kiçik qala küç., 6), Gənc modelyer-dizaynerlərin moda nümayişi 24 iyul 2013-cü il, saat 20.00, "Art garden" (ünvan: İçəri şəhər, Kiçik Karvansaray, A.Zeynallı küç., 22), yaradıcı gənclərin iştirakı ilə qala-konsert və gənc fotoqrafların sərgisi 25 iyul 2013-cü il, saat 20.00, Azərbaycan Dövlət Filarmoniyasında (ünvan: İstiqlaliyyət küç., 2) keçiriləcək.
 





21.06.2013    çap et  çap et