Vaxt.Az

Bakı aeroportu 3 milyondan çox sərnişinə xidmət göstərib


 

Onlardan 51.3 faizi AZAL-ın payına düşür

Bakı aeroportu 3 milyondan çox sərnişinə xidmət göstərib Heydər Əliyev Beynəlxalq Hava Limanı ötən il ərzində rekord sayda sərnişinə xidmət göstərib. 2016-cı ildə Beynəlxalq Hava limanından istifadə edən sərnişinlərin sayı 3,26 milyon nəfərdir.

«Azərbaycan Hava Yolları» QSC-nin mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, sərnişin dövriyyəsinin 83,5 faizi beynəlxalq daşımaların payına düşür. 2016-ci ildə Azərbaycanın paytaxtına AZAL aviadaşıyıcısı da daxil olmaqla 28 sərnişin aviaşirkəti uçuşlar yerinə yetirib.

Xaricə gedən sərnişinlərin 51,3 faizi AZAL-ın payına düşüb. Populyar xarici aviaşirkətlərin beşliyinə Türk Hava Yolları, Aeroflot, S7 Airlines, FlyDubai və Qatar Airways daxildir.

İstanbul, Moskva, Dubay və Kiyev ən populyar beynəlxalq istiqamətlərin siyahısına rəhbərlik edib - ötən il bu şəhərlərə sərnişin dövriyyəsi 1,37 milyon nəfər təşkil edib.

 





06.01.2017    çap et  çap et