Strateq.az xəbər verir ki, ABŞ-ı hədəf alan bu açıqlama Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu tərəfindən səsləndirilib.
ABŞ-da səfərdə olan nazir Suriyaya rejimini də tənqid etməyi yaddan çıxarmayıb. O, rəsmi Dəməşqin İdlib bölgəsinə hərbi əməliyyatlara hazırlaşmasının danışıqlar prosesini poza biləcəyi ehtimalından danışıb:
«Həm siyasi həll istəyib, Astana prosesi və atəşkəslə əlaqədar iki sənəd imzalayacaqsan, həm də ondan sonra «İdlib ələ keçirməyə çalışacağıq» deyəcəksən. Bu olmaz. O zaman bütün proses çökər, təkrar xaos başlayar».