Vəkil tərəflərin hər birindən mənəvi zərərə görə 50 min manat tutulmasını və təkzib yazısının dərc edilməsini tələb edib.
Artıq məsələ ilə bağlı Xətai rayon Məhkəməsində hakim Səadət Səlimovanın sədrliyi ilə məhkəmə başlayıb və dekabrın 7-də hazırlıq, 26-da isə ilkin baxış iclası keçirilib. Növbəti iclas isə yanvarın 13-də saat 17:00-a təyin olunub.
Qeyd edək ki, məlum yazı dərc edildikdən sonra Aslan İsmayılov Lent.az-a öz mövqeyinin dərc edilməsi ilə bağlı hər hansı müraciət etməyib.
VAXT.AZ-dan: Bütün günü sosial şəbəkələrdə jurnalistlərin hüququndan, söz azadlığından, demokratiyadan danışmaqla, saytı məhkəməyə verərək, minimum əməkhaqqının 300 mislini tələb etmək necə bir araya sığa bilər? Deməli hər kəs işinə yaradığı qədər demokrat olmağı bacarır.