Vaxt.Az

DSX-dan ANS-in müxbirinə qadağa


 

Qənirə Ataşovaya ölkədən çıxmağı qadağan etdilər

DSX-dan ANS-in müxbirinə qadağa ANS TV ilə əməkdaşlıq etmiş jurnalist Qənirə Ataşova 27 oktyabr 2016-cı il tarixdə Bakı şəhərindən İstanbul şəhərinə uçarkən Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən saxlanılıb, ona ölkədən çıxışına qadağa qoyulduğu bildirilərək geri qaytarılıb.

Virtualaz.org bildirir ki, bunu vəkil Elçin Sadıqov öz «Facebook» səhifəsində yazıb.

Vəkilin yazdığına görə, araşdırma zamanı məlum olub ki, ANS Müstəqil Yayım və Media Şirkətinin vəzifəli şəxsləri tərəfindən terrorçuluğun təbliğinə yönələn çağırışlar etmələri və digər faktlara dair ibtidai istintaqı aparılan cinayət işi üzrə Qənirə Ataşovanın sərhədi keçməsinə məhdudiyyət qoyulub.

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi qarşısında Qənirə Ataşovanın ölkədən çıxışına qoyulan məhdudiyyətin götürülməsi ilə bağlı artıq vəsatət qaldırılıb və məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət edilib.

 





09.01.2017    çap et  çap et