24 saat ərzində Londonun əksər metro stansiyalarının bağlı qalacağı bildirilir. Bununla əlaqədar, sərnişinləri daşımaq üçün marşrut xətlərinə əlavə 150 avtobus buraxılacaq.
London meri Sadiq Xan metropoliten rəhbərliyini həmkarlar ittifaqı ilə danışıqları davam etdirməyə çağırıb.