VAXT.AZ azvision.az-a istinadən xəbər verir ki, o, görüş zamanı hər bir məsələni müzakirə etməyə hazır olduğunu deyib: «Bəli, hazıram. Ancaq mənim mövqeyim bilavasitə konstitusiya ilə bağlıdır. Bu məsələni müzakirə etmək istəyirlərsə, konstitusiyanı müzakirə etməlidirlər».
Əsəd Qazaxıstan danışıqlarında kimlərin iştirak edəcəyi ilə bağlı suala aydınlıq gətirib: «Masada qarşı tərəfdən kimlərin olacağını bilmirik», - deyə əlavə edib.
Dəməşqdə baş verən su böhranına toxunan Əsəd şəhərin əsas su mənbələrinin işğal edildiyini və ordunun vəzifəsinin bunları geri almaq olduğunu deyib.