Vaxt.Az

İkisi üçündə


 

«Dejavü»nün ssenari müəllifləri tamaşanın həm rejissorlarıdır, həm də aktyorları

İkisi üçündə Dövlət Pantomim teatrının səhnəsində «Dejavü» adlı tamaşanın premyerası keçiriləcək. Tamaşanın əsas mövzusu kişi və qadındır.
Nəzərinizə çatdıraq ki, tamaşanın müəllifləri Səbinə Hacıyeva və Bəhruz Əhmədlidir.  «Dejavü» tamaşasının müəllifləri nəinki səhnə əsərini yazıblar, onlar həm tamaşaya quruluş verir, həm də rolları ifa edəcəklər. İki nəfərlik tamaşanın musiqi tərtibatçısı isə Elman Rəfiyevdir.
Qeyd edək ki, «Dejavü» tamaşası 29 oktyabr saat 19:00-da Pantomima teatrında baş tutacaq. Biletlərin qiyməti isə 5 manatdır.
 





29.09.2013    çap et  çap et