Vaxt.Az

«Regionda 3 əsas bəlanın təməlidir»


 

Səudiyyə taxt-tacının vəliəhdi İranı ittiham etdi

«Regionda 3 əsas bəlanın təməlidir» Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salman İranı «regionda üç əsas bəlanın təməli» adlandırıb.

Strateq.az xəbər verir ki, «Foreign Affairs»ə müsahibəsində şahzadə bildirib ki, İran sərhədsiz ideologiyalar, qeyri-sabitlik və terrorizmin qaynağıdır.

Məhəmməd Bin Salman bu problemlərin 1979-cu il İran inqilabından sonra yaranan radikal rejimin səylərindən doğduğunu dilə gətirib.

«Rəsmi Tehran dərin problemli dünyagörüşünü və davranışını dəyişməyənə qədər, Səudiyyə Ərəbistanının İranla yaxınlaşması və əməkdaşlığı mümkün deyil», – deyə vəliəhd əlavə edib.

 





09.01.2017    çap et  çap et